Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsinin birinci mərhələsinə start verilib!

Tarix: 24.01.2025
Paylaş:

Azərbaycanda ilk dəfə olaraq 41 ümumtəhsil müəssisəsindən seçilmiş 650 məktəblinin iştirakı ilə “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi”nin milli mərhələsinə rəsmi olaraq start verilib. Müsabiqə Azərkosmos nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (Innovation and Digital Development Agency), Paşa Holdinqin, Braziliya Kosmik Agentliyinin və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Bu layihə məktəblilər arasında elm və texnologiyaya olan marağı artırmaq, onların beynəlxalq kosmik tədqiqatlarda iştirakını təmin etmək məqsədi daşıyır.