“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən olundu!

Tarix: 03.02.2025
Paylaş:

 

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsində iştirak edən IX-XI sinif şagirdlərinin elmi tədqiqat işləri meyarlara uyğun olaraq qiymətləndirilib.

Qiymətləndirmə “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən aparılıb. Müsabiqə çərçivəsində sərgidə iştirakı məqbul hesab olunan layihələr artıq seçilib və bu barədə qalib layihələrə məlumat göndərilib.

Qeyd edək ki, müsabiqənin Azərbaycandakı final mərhələsinin – sərginin mart ayında Bakıda keçirilməsi planlaşdırılır.

Nəticələr ilə bağlı ərizələr 3 iş günü ərzində office@arti.edu.az vasitəsilə qəbul edilir.

Sərgiyə seçilən şagirdləri təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq!