İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri elan olundu!

Tarix: 20.02.2025
Paylaş:

 

15-16 fevral tarixlərində ölkəmizin müxtəlif ali təhsil müəsissələrinin bazasında və Naxçıvan MR STEAM mərkəzində informatika fənni üzrə RFO-nun respublika mərhələsinin yarımfinal turu keçirilib.

Şagirdlərdə informasiya kommunikasiya texnologiyaları sahəsinə marağın artmasında, müvafiq istiqamətlər üzrə gənc kadrların hazırlıq prossesinin yüksəldilməsində Respublika Fənn Olimpiadalarının rolu olduqca böyükdür. Yarımfinal mərhələnin nəticələrinə əsasən aşağı yaş qrupu üzrə 100 və daha artıq bal toplayan şagirdlər, yuxarı yaş qrupu üzrə isə 120 və daha yuxarı bal toplayan şagirdlər final mərhələsində iştirak etmə hüququnu əldə ediblər.

Qeyd edək ki, informatika fənni üzrə final mərhələsində iştirak edən şagirdlərin sayından asılı olmayaraq aşağı yaş qrupu üzrə 30 şagird, yuxarı yaş qrupu üzrə isə 45 şagird qalib elan ediləcək.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində office@arti.edu.az ünvanı vasitəsilə qəbul edilir.

Müvafiq keçidlərə daxil olmaqla final turunda iştirak edəcək şagirdlərin adlı siyahısı ilə tanış ola bilərsiniz:

Aşağı yaş qrupu üzrə 8-9-cu sinif

Yuxarı yaş qrupu üzrə 10-11-ci sinif