“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin final mərhələsi keçiriləcək!

Tarix: 05.03.2025
Paylaş:

 

ABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə təşkil olunan “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin final mərhələsi 12-14 mart 2025-ci il tarixlərində Bakı Ali Neft Məktəbində təşkil olunacaq.

Ümumtəhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdlərinin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işləri ekspertlər tərəfindən qiymətləndirilib və sərgidə iştirak edəcək layihələr müəyyən edilib.

Layihələri seçilmiş finalçıları təbrik edir və uğurlar diləyirik!