“İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi. Say sistemləri” mövzusunda vebinar keçiriləcək!

Tarix: 06.03.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 10 mart tarixində saat 12:00-da “İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi. Say sistemləri” mövzusunda vebinar baş tutacaq.

Vebinarda spiker qismində Bakı şəhəri 279 nömrəli tam orta məktəbin informatika müəllimi Anar Əhədli çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.