ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi proqramı” çərçivəsində “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda ixtisasartırma təlimləri həyata keçirilib.
Təlimlər ümumi təhsil müəssisələrində təhsilalanların aqressiv davranışa, bullinqə məruz qalmasına qarşı maarifləndirmə məqsədi ilə təşkil olunub. Təlimlər zamanı iştirakçılara insan hüquqları, ümumi təhsil müəssisələrində zorakılığın növləri və formaları, bullinq zorakılığın bir forması kimi, bullinq davranışının təsirləri, bullinq davranışının profilaktikası üçün əlverişli sosial-psixoloji mühitin yaradılması kimi mövzularda məlumatlar verilib.
Qeyd edək ki, təlimlərin ölkədə ümumi təhsil müəssisələrində müxtəlif fənlər üzrə tədris aparan müəllimlər üçün təşkili nəzərdə tutulub.