“Say sistemləri mövzusunda tapşırıqlar” adlı vebinar keçiriləcək

Tarix: 07.04.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 9 aprel tarixində saat 16:00-da rus bölməsi üzrə “Say sistemləri mövzusunda tapşırıqlar” adlı vebinar keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri 283 nömrəli tam orta məktəbin informatika müəllimi, əməkdar müəllim Naidə İsayeva çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.