Təhsil İnstitutu tərəfindən doktorant və dissertantlar üçün növbəti seminar təşkil edilib

Tarix: 08.04.2025
Paylaş:

4 aprel tarixində Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi tərəfindən cari il üçün nəzərdə tutulan doktorant və dissertantlar üçün növbəti seminar keçirilib.

Seminarı açılış sözü ilə ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov açıb və müntəzəm olaraq hər ay keçirilən seminarların mahiyyətini vurğulayıb.

Daha sonra Təhsil İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Aynur Paşayeva “Tədqiqatların aparılması zamanı mövcud elmi ədəbiyyatdan, arxiv və muzey sənədlərindən istifadə” mövzusunda təqdimatla çıxış edib. Dosent Aynur Paşayeva elmi araşdırmalarda mövcud ədəbiyyat bazası, arxiv resursları və muzey materiallarından səmərəli istifadənin yolları haqqında doktorantları məlumatlandırıb və mövzu üzrə praktiki təcrübələrini paylaşaraq, real nümunələr əsasında aydın və faydalı təlimatlar verib.

Seminar interaktiv müzakirələrlə davam edib, doktorantları maraqlandıran suallar ətraflı cavablandırılıb.