Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat müddəti uzadıldı!

Tarix: 10.04.2025
Paylaş:

 

Çoxsaylı istəkləri nəzərə alaraq Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat müddəti 13 aprel 16:00-a qədər uzadıldı!

Müsabiqədə iştirak etmək istəyən şagirdlər http://kenquru-2025.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə iştirak könüllüdür və arzu edən şagirdlərin iştirakı üçün nəzərdə tutulub.

Qeydiyyatla bağlı yaranan çətinliklə əlaqədar aşağıdakı nömrələrlə əlaqə saxlamağınız xahiş olunur:

Əlaqə nömrələri: 0553848631 / 0503280532

Müsabiqənin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan riyaziyyat müəllimlərinin hazırladıqları tapşırıqlar vasitəsi ilə şagirdlərin yaşlarına uyğun sağlam rəqabət mühitində riyazi billiklərinin yoxlanılmasına imkan yaratmaqdan ibarətdir.