Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib

Tarix: 21.04.2025
Paylaş:

20 aprel tarixində II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqənin nəticələrini 29 aprel tarixindən etibarən http://kenquru-2025.az/ saytı vasitəsilə şəxsi kabinetinizdən əldə edə bilərsiniz.

Uzun illərdir ki, ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagirdə riyaziyyat fənni üzrə biliklərini yoxlamaq imkanı yaradılır. Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi biliklərini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.