İnformatika fənni üzrə RFO-nun final turunda iştirak edəcək şagirdlər üçün sınaq imtahanı keçiriləcək!

Tarix: 22.04.2025
Paylaş:

 

İnformatika fənni üzrə ötən tədris ilində final turunda təqdim edilmiş suallar əsasında onlayn formatda sınaq imtahanı təşkil olunacaq. Sınaq imtahanını təşkil etməkdə məqsəd şagirdlərin final mərhələsinə hazırlıq prosesinə dəstək olmaqdan ibarətdir. Şagirdlər istədikləri vaxt təqdim edilmiş suallardan ibarət olimpiadaya daxil olmaqla sınaq imtahanında iştirak edə bilərlər.

Sınaq mərhələnin nəticələri heç bir halda final turuna təsir etmir və şagirdlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi məqsədi ilə təqdim edilir.

Müvafiq keçidə daxil olmaqla sınaq imtahanında iştirak edə bilərsiniz: https://codeany.org/az/catalogue/rfo2023-2024-finals

Bütün iştirakçılara uğurlar arzulayırıq!