Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 23 aprel tarixində saat 16:00-da rus bölməsi üzrə “Python dilində dövrlərə aid məsələlər” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Bakı şəhəri 283 nömrəli tam orta məktəbin informatika müəllimi, əməkdar müəllim Naidə İsayeva çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.