Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan resursları şöbəsi baş mütəxəssis (yarımştat) vəzifəsi üzrə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
• Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi, elektron portala qeydiyyata almaq;
• Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsi, onların uçotunun aparılması, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
• Aylıq tabeli hazırlamaq;
• İşə qəbul prosesinin icra etmək (CV bazasının idarə olunması, iş elanlarının hazırlanması, müsahibələrin təşkili);
• Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
• Dövlət orqanları və rəhbərlik üçün hesabatlar hazırlamaq və təqdim etmək;
• Şöbədə sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsi haqqında yüksək bilik;
• Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı, rus dili biliyinin olması üstünlükdür;
• MS Office (Word, Excell, PowerPoint);
• 1 C proqamında sərbəst işləmək bacarığı;
• Kommunikasiya və idarəetmə bacarıqları.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 13:00-dək
İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 5 may tarixinədək CV-lərini hr@arti.edu.az elektron poçt ünvanına “İnsan Resursları üzrə baş mütəxəssis (yarımştat)” başlığı altında göndərmələri xahiş olunur.