Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 1 may tarixində saat 16:00-da “Atom fizikası” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin fizika müəllimi Vahid Tanrıverdiyev çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.