Belə ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.
Şagirdlər 3 may tarixindən etibarən portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələrlə tanış ola bilərlər.
Fizika fənni yuxarı yaş qrupu üzrə bütün qaliblər və aşağı yaş qrupu üzrə qızıl medal əldə edən şagirdlər üçün Beynəlxalq Fizika Olimpiadasına seçmə imtahan təşkil ediləcək. Seçmə imtahanda iştirak etmək istəyən şagirdlər 3 may saat 10:00-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə (F.Xoyski, 109. N.Nərimanov metrosunun yaxınlığı) yaxınlaşmalıdırlar.
Müvafiq fənlər üzrə qaliblərin nəticələri ilə aşağıdakı cədvəllərdən tanış ola bilərsiniz: