Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunun ilkin nəticələri elan edildi!

Tarix: 07.05.2025
Paylaş:

 

Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunda iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdlərinin yazı işlərininin yoxlanılması prosesi yekunlaşıb.

Şagirdlər 8 may saat 09:00-dan etibarən portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq ilkin nəticələrlə tanış ola bilərlər.

Koordinasiya prosesində (yazı işlərinə baxış) iştirak etmək istəyən şagirdlər 8 may saat 11:00-15:00 intervalında Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə (F.Xoyski, 109. N.Nərimanov metrosunun yaxınlığı) yaxınlaşmalıdırlar.

Koordinasiya növbəlilik prinsipləri əsasında təşkil ediləcək. İştirak üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.