Təkmilləşdirilmiş fənn kurikulumlarının geniş ictimaiyyətə və müəllim heyətinə kommunikasiyası çərçivəsində Azərbaycan dili (tədris dili) proqramının dinləmə və danışma məzmun xətti üzrə standartları, onların izahı və tətbiqi yolları ilə bağlı müzakirə aparmaq və müəllimlərin, eləcə də təhsil icmasının suallarını cavablandırmaq məqsədilə 26 may tarixində saat 20:00-da “Təkmilləşdirilmiş Azərbaycan dili (tədris dili) fənn kurikulumunda dinləmə və danışma məzmun xətti üzrə standartlar, onların izahı və tətbiqi yolları” mövzusunda vebinar keçiriləcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.