36-cı Beynəlxalq Biologiya Olimpiadasında (IBO2025) ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyən edilib

Tarix: 23.05.2025
Paylaş:

 

17-18 may 2025-ci il tarixlərində Cari ilin biologiya fənni üzrə Respublika Fənn Olimpiadası qalibləri və Beynəlxalq Olimpiada Mərkəzinin şagirdlərinin iştirakı ilə 36-cı Beynəlxalq Biologiya Olimpiadasına (IBO2025) seçmə imtahanı keçirilib. Seçmə imtahanının nəticələrinə əsasən, ölkəmizi təmsil edəcək 4 nəfərlik komanda üzvlərini tanıyaq:

Əhməd Əhmədli – Bakı şəhər, 274 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi;
Rahidə Nağızadə – Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi;
Xədicə Cabbarova – Şirvan şəhər, 10 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi;
Məmmədemin Səlimli – Bakı şəhər, Kimya-biologiya təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi.

Qeyd edək ki, 2025-ci il Beynəlxalq Biologiya Olimpiadası 20-27 iyul tarixlərində Filippin Respublikasının Quezon şəhərində keçiriləcək.

Ölkəmizi təmsil edəcək komanda üzvlərinə uğurlar arzulayırıq!