“Təlimin təşkilində istifadə olunan forma və üsullar” mövzusunda vebinar keçiriləcək

Tarix: 02.06.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən tərbiyəçi-müəllimlərə metodik dəstək məqsədilə 5 iyun tarixində saat 11:00-da “Təlimin təşkilində istifadə olunan forma və üsullar” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri “Cahan” körpələr evi-uşaq bağçasının metodisti Səbinə Rəhimova və Bakı şəhəri 161 nömrəli uşaq bağçasının müdiri Nərgiz Zeynalova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.