Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyatın bitməsinə son 3 gün!

Tarix: 17.06.2025
Paylaş:

 

 

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, qəbul prosesi mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara şagird qəbulu üçün imtahana qeydiyyatın yekunlaşmasına son 3 gün qalıb. Belə ki, qeydiyyat 20 iyun saat 12:00-da başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, qeydiyyat Şagirdlərin Elektron Yerdəyişmə Portalı – https://sy.edu.az vasitəsilə həyata keçirilir.

Əlavə məlumat və texniki dəstək üçün https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.