2024–2025-ci tədris ili çərçivəsində metodistlərlə onlayn görüş təşkil edilib. Görüş zamanı görülən işlərin nəticələri ətrafında müzakirələr aparılıb, 2025–2026-cı tədris ili üçün nəzərdə tutulan prioritet istiqamətlər, fəaliyyət planı iştirakçıların diqqətinə çatdırılıb, qarşılıqlı fikir mübadiləsi əsasında təkliflər irəli sürülüb.
Görüş məktəbdaxili metodik işin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, innovativ tədris metodlarının tətbiqi və metodik dəstəyin səmərəliliyinin artırılması baxımından əhəmiyyətli olub.
Metodistlərin fəaliyyətinin daha sistemli şəkildə qurulmasında əməkdaşlıq və təcrübə mübadiləsi mühüm rol oynayır.
Qeyd edək ki, görüşdə metodistlər arasında formalaşan əməkdaşlıq mühitinin onların fəaliyyətinin səmərəliliyinin artmasına müsbət təsir göstərdiyi xüsusilə vurğulanıb.