Metodik kabinet əməkdaşlarının peşəkar inkişafına dair ehtiyaclarının müəyyənləşdirilməsi üçün sorğu keçirilib

Tarix: 09.07.2021
Paylaş:

ARTİ-nin Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən metodik kabinet müdirləri və metodistlər üçün müntəzəm şəkildə vebinarlar təşkil edilir.

Növbəti vebinarların mövzularının müəyyən olunması üçün metodik kabinet əməkdaşları arasında sorğu keçirilib. Metodik kabinet əməkdaşlarının peşəkar inkişafına dair ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə keçirilən sorğu 9 gün (24.06.2021-02.07.2021) ərzində  davam edib. MDM sorğunun nəticələrinə uyğun olaraq 12 iyul 2021-ci il tarixində növbəti vebinarı keçirməyi planlaşdırır.

Metodik kabinet əməkdaşları arasında keçirilən sorğuya əsasən müəyyən olunan mövzularla yuxarıdakı infoqrafikada tanış ola bilərsiniz.

Qeyd edək ki, vebinarların keçirilməsində əsas məqsəd metodik kabinetlərin fəaliyyətinin səmərəli qurulması, metodistlərin peşəkar bacarıqlarının artırılması, müəllimlər üçün metodik xidmətin təmin edilməsidir.