ARTİ MDPİM “Peşəkar ol” layihəsi üzrə təlimlərdə iştirak etmək üçün qeydiyyata başlayır

Tarix: 06.05.2022
Paylaş:

Təlimlər pedaqoji fakültələrdə təhsil alan sonuncu kurs bakalavriat və magistrantlar üçün nəzərdə tutulub. 12 akademik saatı əhatə edən təlimlər zamanı iştirakçılar aşağıdakı mövzularda məlumatlandırılacaq: – “Müasir təhsilin fəlsəfəsi”;- “Sinfin idarə edilməsi”;- “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”;- “Rabitəli nitqin inkişafı”;- “Öyrətmə və öyrənmənin xüsusiyyətləri”;- “Müəllimlərin İşə Qəbulu prosesi haqqında məlumatlandırma”;- “Fənn kurikulumlarının xüsusiyyətləri”.  Layihənin əsas məqsədi pedaqoji fakültələrdə təhsil alan tələbələrdə müəllim peşəsinə maraq və motivasiya yaratmaq, onlarda qeyri-standart təfəkkürü inkişaf etdirmək, yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək verməkdir. Qeyd edək ki, təlimi bitirən iştirakçılara ARTİ tərəfindən sertifikatlar təqdim olunacaq.  Müraciət üçün son tarix: 10 may 2022-ci il Məlumat üçün bildirək ki, təlimin başlanma tarixi və saat tələbələrlə qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək. Aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz:  https://forms.gle/CmPfij9u5dh4vP3MA