Təhsil İnstitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsi tərəfindən Peşə Təmayüllü Siniflər üçün (PTS) hazırlanmış tədris proqramlarının yenilənməsi məqsədilə dəyirmi masa müzakirələri təşkil olunub.
29 iyulda “Peşə etikası və müştərilərə xidmət”, “Sahibkarlıq”, 30 iyulda isə “Peşə etikası və müştərilərə xidmət” modulları üzrə proqramların müzakirəsi aparılıb. Görüşlərdə proqramların məzmunu, əmək bazarının tələblərinə uyğunluğu nəzəri biliklərin və praktiki bacarıqların inkişafı istiqamətində fikir mübadiləsi həyata keçirilib.
Müzakirələrdə ARTİ-nin Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin əməkdaşları, proqramları hazırlayan işçi qrupu və ekspertlər iştirak ediblər.
Qeyd edək ki, proqramlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə əsasən Təhsil İnstitutunun işçi qrupu tərəfindən hazırlanıb.
Müzakirələrin keçirilməsində əsas məqsəd yenilənmiş proqramlardakı təlim nəticələrinə daxil olan nəzəri bilik və praktiki səriştələrə ayrılan mövzular, onlara verilən saatlar, maddi-texniki baza və təhlükəsizlik aspektlərinin ardıcıllığı və uyğunluğudur.
Müzakirələr zamanı dəvət olunan ekspertlər “Şəxsi inkişaf və karyera planlaşdırılması” modul üzrə, Ramil Bəylərzadə fənn müəllimi və qrup rəhbəri, “Sahibkarlıq” modul üzrə Xeyransa Quliyeva fənn müəllimi və qrup rəhbəri, Romella Məhərrəmova fənn müəllimi, fərdi sahibkar, “Peşə etikası və müştərilərə xidmət” modul üzrə Rühəngiz Əkbərov fənn müəllimi və qrup rəhbəri, Günel İbrahimli Etika Akademiyasının mütəxəssis öz rəy və təkliflərini bildiriblər.