Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara Mərkəzi sistemlə keçirilmiş qəbul imtahanının seçim prosesi 5 iyul saat 17:00-da başa çatır.
Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.
Nəticələr 9 iyul 2021-ci il tarixində şəxsi kabinetlərə göndəriləcək.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.