“Ümumi təhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “Azərbaycan dili” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək.

Tarix: 05.09.2025
Paylaş:

 

 

Təhsil İnstitutu tərəfindən 9 sentyabr tarixində saat 10:00-da “2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “Azərbaycan dili” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək

Vebinarda spiker qismində ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, Azərbaycan dili dərsliklərinin müəllifi, layihə rəhbəri Rafiq İsmayılov, Bakı Oksford məktəbinin müəllimi, dərslik müəllifi Ülkər Nurullayeva, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi, dərslik müəllifi Reyhan Həbibli, DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin əməkdaşı, dərslik müəllifi Aysel Xanalıyeva çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.