Təhsil İnstitutu tərəfindən 9 sentyabr tarixində saat 09:00-da “2025/2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “İngilis dili (Game Changer)” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, Azərbaycan İdman Akademiyasının prorektoru, yeni ingilis dili dərslikləri üzrə layihə rəhbəri Ülkər Babayeva, yeni ingilis dili dərslikləri üzrə layihə koordinatoru, adaptasiya komandasının üzvü Şahanə Əhmədli və 326 saylı orta məktəbin müəllimi, yeni ingilis dili dərslikləri üzrə adaptasiya komandasının üzvü Hüsniyyə Qubadova çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.