“Dərsdinləmə necə keçirilməlidir?” mövzusunda vebinar keçiriləcək

Tarix: 08.09.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən 12 sentyabr tarixində saat 16:00-da “Dərsdinləmə necə keçirilməlidir?” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Metodik Dəstək Mərkəzinin Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Balayeva Səbinə, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova və Metodik Dəstək Mərkəzinin Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Təranə Həmidova çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.