“2025/2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin VIII siniflərində tətbiq olunacaq yeni nəsil “Biologiya” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri“ mövzusunda vebinar keçiriləcək

Tarix: 09.09.2025
Paylaş:

 

Təhsil İnstitutu tərəfindən 11 sentyabr tarixində saat 13:00-da “2025/2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin VIII siniflərində tətbiq olunacaq yeni nəsil “Biologiya” dərslik komplektinin məzmunu və tədrisi texnologiyasının xüsusiyyətləri“ mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin dekanı, dərslik müəllifi, layihə rəhbəri Rəşad Səlimov, 160 nömrəli Klassik gimnaziyanın biologiya müəllimi, layihə rəhbəri Nailə Əliyeva, Bakı Avropa Liseyinin biologiya müəllimi, dərslik müəllifi Xumar Əhmədbəyli, Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsinin Kimya- biologiya kafedrasının baş müəllimi, dərslik müəllifi Elşad Yunusov və 236 nömrəli tam orta məktəbin biologiya müəllimi, dərslik müəllifi Elnur Məmmədov çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.