Təhsil İnstitutu tərəfindən 10 sentyabr tarixində saat 15:00-da “Fənn kurikulumlarının təkmilləşdirilməsi” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.