Təhsil İnstitutunun Məktəbəqədər təhsil proqramları şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Laləzar Cəfərovanın “Azərbaycan məktəbi” jurnalında “XXI əsr bacarıqlarının məktəbəqədər təhsil proqramına inkişafyönlü inteqrasiyası” adlı məqaləsi dərc olunub.
Məqalədə XXI əsr bacarıqları – tənqidi düşüncə, yaradıcılıq, əməkdaşlıq və rəqəmsal savadlılıq kimi əsas bacarıqların məktəbəqədər təhsil proqramına inteqrasiyasının əhəmiyyəti və tətbiqi yolları araşdırılır. Müasir dövrün tələblərinə cavab verən inkişafyönlü pedaqoji yanaşmaların məktəbəqədər yaş dövründə formalaşdırılması, bu prosesdə tərbiyəçi-müəllimlərin, valideynlərin və icmanın rolu vurğulanır. Məqalədə müasir dövrdə məktəbəqədər təhsildə əsas dəyişikliklər və yeni yanaşmalar təqdim olunur, həmçinin inteqrativ metodlar və praktiki nümunələr əsasında XXI əsr bacarıqlarının erkən yaşda inkişaf etdirilməsi üzrə tövsiyələr verilir.
Müvafiq keçidə daxil olmaqla məqalə ilə tanış ola bilərsiniz:
XXI əsr bacarıqlarının məktəbəqədər təhsil proqramına inkişafyönlü inteqrasiyası