Riyaziyyat fənni üzrə 8-9-cu sinif şagirdləri üçün beynəlxalq olimpiadalara seçmə imtahanının ilk mərhələsi keçiriləcək!

Tarix: 30.09.2025
Paylaş:

 

8 və 9-cu siniflərdə təhsil alan, riyaziyyat fənninə xüsusi marağı olan və Təhsil İnstitutu tərəfindən təşkil edilmiş beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak etmək istəyən şagirdlər üçün 2 mərhələli seçmə imtahanı təşkil ediləcək. Birinci mərhələdə qənaətbəxş nəticə göstərən şagirdlərə ikinci mərhələdə olimpiada formatına uyğun açıq tipli tapşırıqlar təqdim ediləcək. Seçmə imtahanının birinci mərhələsi 5 oktyabr saat 10:00-da onlayn formada təşkil olunacaq. Müvafiq keçidə daxil olmaqla imtahanda iştirak edə biləcəksiniz:

https://www.oxuyan.az/exams/8-ci-ve-9-cu-sinif-sagirdleri-ucun-riyaziyyat-fenni-uzre-beynelxalq-olimpiadalara-hazirliq-qruplarina-secme-imtahani-2025-9jxzkr

Aşağıda qeyd edilən keçidlərə daxil olmaqla əvvəlki tədris illəri üzrə təşkil edilmiş imtahanlarla tanış ola bilərsiniz. Şagirdlər sınaq məqsədi ilə həmin imtahanlara daxil olub öz biliklərini yoxlaya bilərlər. Sınaq imtahanlarının nəticələri əsas imtahana təsir etmir, şagirdlərin riyazi bilik və bacarıqlarını yoxlamaq və müstəqil öyrənmə vərdişlərini inkişaf etdirmək üçün nəzərdə tutulub.

https://www.oxuyan.az/exams/8-ci-ve-9-cu-sinif-sagirdleri-ucun-riyaziyyat-fenni-uzre-beynelxalq-olimpiadalara-hazirliq-qruplarina-secme-imtahani-2024-vzapdl

https://www.oxuyan.az/exams/8-ci-ve-9-cu-sinif-sagirdleri-ucun-riyaziyyat-fenni-uzre-beynelxalq-olimpiadalara-hazirliq-qruplarina-secme-imtahani-2023-uh9cb4

https://www.oxuyan.az/exams/8-ci-ve-9-cu-sinif-sagirdleri-ucun-riyaziyyat-fenni-uzre-beynelxalq-olimpiadalara-hazirliq-qruplarina-secme-imtahani-2022-adtrlq

https://www.oxuyan.az/exams/8-ci-ve-9-cu-sinif-sagirdleri-ucun-riyaziyyat-fenni-uzre-beynelxalq-olimpiadalara-hazirliq-qruplarina-secme-imtahani-2021-5kzmym

İmtahan iştirakçılarına uğurlar arzulayırıq!