11 oktyabr tarixində saat 10:00-da Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə riyaziyyat fənni üzrə 8-9-cu sinif şagirdləri arasında beynəlxalq olimpiadalara seçmə imtahanının ikinci mərhələsi keçiriləcək.
Bu mərhələdə ötən tədris ilində (7-ci siniflər arasında) Məktəblilərarası Fənn Müsabiqəsinin qalibi olan şagirdlər və 5 oktyabr tarixində onlayn formada keçirilən birinci mərhələdə 20 və daha artıq suala düzgün cavab verən şagirdlər iştirak edəcək. Şagirdlər öz nəticələri ilə imtahan verdikləri platformada tanış ola bilərlər.
Bütün iştirakçılara uğurlar arzulayırıq!