Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin (KBRM) oflayn formatda cari ilin payız aylarında keçirilməsinə dair qərar qəbul edilib.
Pandemiya səbəbilə birillik fasilədən sonra ölkəmizdə üçüncü dəfə baş tutacaq KBRM ARTİ-nin təşkilatçılığı və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.
Nəzərinizə çatdıraq ki, müsabiqədə iştirak edən hər bir şagird sertifikatla təltif olunacaq.
Müsabiqənin keçiriləcəyi tarix, qeydiyyat, iştirak haqqı və s. məsələlər haqqında ətraflı məlumat yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.