13 oktyabrdan etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Peşə və ömürboyu təhsilin proqramları” şöbəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif bölgələri üzrə ümumi təhsil məktəblərində təşkil olunan peşə təmayüllü siniflərdə monitorinqlərin keçirilməsinə başlanılıb. Ümumilikdə 100 peşə təmayüllü sinifdə monitorinqin keçirilməsi nəzərdə tutulub.
Monitorinqlərin əsas məqsədi peşə təmayüllü siniflərdə mövcud infrastrukturun vəziyyətinin və maddi-texniki bazanın yararlılıq səviyyəsinin qiymətləndirilməsi, tədris prosesinin səmərəliliyinin təhlili, şagirdlərin səriştələrinin inkişaf dinamikasının izlənməsi və təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş təkliflərin hazırlanmasıdır.
Monitorinq prosesi əvvəlcədən hazırlanmış meyarlar əsasında peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.
