Azərbaycan Respublikasının Təhsil İnstitutunda doktorantların elmi fəaliyyətə adaptasiyasını və tədqiqat bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə “İxtisasa giriş” adlı seminar təşkil olunub.
Seminarın spikeri Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov ilk olaraq 2025-ci ildə həyata keçirilən doktoranturaya qəbul prosesi, nəticələri və yekun barədə məlumat verib.
Seminarda, həmçinin doktorantların qarşılaşa biləcəkləri metodoloji çətinliklər, elmi mənbələrlə işləmə qaydaları, sitat gətirmə və plagiatın qarşısının alınması məsələləri müzakirə olunub.
Sonda iştirakçılarla sual-cavab sessiyası keçirilib, elmi rəhbərlik prosesi və dissertasiya işlərinin mərhələləri barədə ətraflı izah verilib.