Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinə qeydiyyat davam edir.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər 26 dekabr 17:00-dək https://anket.edu.az/user/281 (Sorğuların idarə olunması platforması) üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar. Müvafiq keçidə kliklədikdən sonra şagird (kollektiv layihələrdə yalnız lider şagird) öz məlumatlarını daxil edir və daha sonra tələb olunan formaları müvafiq xanalara yükləyir. Şagird həmçinin elmi rəhbərin, mövcud olduğu halda mütəxəssis alimin və köməkçi şagirdin məlumatlarını da sistemə daxil etməlidir. Bütün formalar tam doldurulduqdan sonra annotasiya, sertifikasiya və layihənin tərtib forması yüklənir. Məlumatlar tam başa çatdırıldıqdan sonra qeydiyyat təsdiqlənərək tamamlanır. Hər şagird yalnız bir layihədə iştirak edə bilər.
Qeyd edək ki, müsabiqədə elmi tədqiqat aparmağa marağı olan və ciddi araşdırma xarakterli layihəyə malik 9 – 11-ci sinif şagirdləri müəyyən edilmiş 9 istiqamət üzrə (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) iştirak edə bilərlər.
Formalar:
Tədqiqat planı-Layihə xülasəsi
Forma 7
“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin keçirilmə qaydaları
Əlavə suallarla bağlı aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
Mob: +99451 8167817 (whatsapp)