ARTİ əməkdaşlarının 50 illik yubileyi ilə bağlı tədbir keçirilib

Tarix: 14.11.2025
Paylaş:

14 noyabrda Təhsil İnstitutunda Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin böyük elmi işçisi Könül Mikayılova və Elmi kitabxananın aparıcı mütəxəssisi Sevda Əliyevanın 50 illik yubileyləri ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadov yubilyarları təbrik edərək elmi-pedaqoji tədqiqatların aparılmasında, metodik xidmətin təşkilindəki əməklərindən bəhs edib.

Tədbirdə Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov, elmi katib, pedaqogika elmləri doktoru, professor Akif Abbasov, direktor müavini Aydın Əhmədov, elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyir Əhmədov və başqaları çıxış edərək ürək sözlərini yubilyarlara və tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

İnstitutun digər əməkdaşları tərəfindən yubilyarlara xoş sözlər, təbriklər ünvanlanıb.

Tədbirin sonunda Könül Mikayılova və Sevda Əliyeva onlara göstərilən diqqətə görə institut rəhbərliyinə və kollektivə öz təşəkkürlərini bildirdilər.