Bu gündən etibarən BilBacar müsabiqəsinin “Hazırlıq” mərhələsinə başlanılır. Qeydiyyatdan keçən şagirdlər hesablarına daxil olmaqla “Hazırlıq” bölməsi üzrə sualları cavablandıra bilərlər.
Şagirdlər iki mətn (bədii və informativ) üzrə müxtəlif tipli sualları cavablandıracaqlar. Hazırlıq şagirdlərin “Yarış”a hazırlaşması məqsədi daşıyır.
Qeyd edək ki, builki BilBacar müsabiqəsinin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.