Regional Təhsil İdarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlər üçün vebinar keçirilib

Tarix: 24.11.2025
Paylaş:

20 noyabrda Regional Təhsil İdarələrinin (RTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan metodistlər üçün onlayn vebinar keçirilib. Vebinar Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirin əsas məqsədi Regional Təhsil İdarələri üzrə məktəblərdə metodik xidmətin mövcud vəziyyətini təhlil etmək, inkişaf istiqamətlərini müəyyənləşdirmək və metodistlərin gündəlik fəaliyyətində qarşılaşdıqları problemlərin həlli üçün müzakirə platforması yaratmaq olub.

Vebinarda metodistlərlə yanaşı, aparıcı və baş metodistlər, həmçinin ARTİ-nin Metodik Dəstək Mərkəzinin əməkdaşları iştirak ediblər.

Proqram çərçivəsində aşağıdakı mövzular üzrə təqdimatlar edilib:

Təqdimatlardan sonra metodistlərin fəaliyyət zamanı üzləşdikləri çətinliklər və ehtiyaclar üzrə fikir mübadiləsi aparılıb. 

Vebinar RTİ-lərin tabeliyindəki ümumtəhsil müəssisələrində metodik xidmətin keyfiyyətinin artırılması, fəaliyyətin sistemləşdirilməsi və qarşıdakı dövr üçün vahid yanaşmaların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli tədbir kimi dəyərləndirilib.