“İstedadlı şagirdlərlə işin təşkili” mövzusunda ixtisasartırma təlimi keçirilib

Tarix: 03.12.2025
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəaliyyət planına əsasən,  Xüsusi istedadlı uşaqlarla iş mərkəzi tərəfindən “İstedadlı şagirdlərlə işin təşkili” mövzusunda ixtisasartırma təlimi keçirilib.

Təlimdə Bakı və regionlardan ümumilikdə 500-dən çox müəllim iştirak edib. Təlimin keçirilməsində əsas məqsəd müəllimlərdə xüsusi istedadlı uşaqların erkən yaşlarda aşkar olunması, onlarla düzgün işin təşkil olunması bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.