“Xarici dil fənn kurikulumu: dinləmə məzmun xətti (ingilis dili nümunəsində)” mövzusunda vebinar keçiriləcək

Tarix: 18.12.2025
Paylaş:

 

Təkmilləşdirilmiş xarici dil fənn kurikulumunun pedaqoji heyətə kommunikasiyası çərçivəsində 22 dekabr saat 14:00-da Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin əməkdaşı Gülnar Cəfərlinin moderatorluğu ilə “Xarici dil fənn kurikulumu: dinləmə məzmun xətti (ingilis dili nümunəsində)” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Kaliforniya Dövlət Universitetinin professoru Dr. Nathan Carr və Bakı Modern Təhsil Kompleksinin ingilis dili müəllimi, dərslik műəllifi Günay Nadirova çıxış edəcəklər.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.