RFO-nun rayon (şəhər) mərhələsi üzrə buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılıb

Tarix: 25.12.2025
Paylaş:



25 dekabr saat 11:20-dən etibarən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turunda iştirak hüququ qazanan şagirdlər üçün buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılıb.

Buraxılış vərəqələrinin yüklənməsi https://portal.edu.az/ platforması vasitəsilə həyata keçirilir. Buraxılış vərəqəsini əldə etməkdə çətinlik çəkən şagirdlərdən təhsil aldıqları ümumi təhsil müəssisəsinə və ya müvafiq yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turunun informatika fənni üzrə 10–11 yanvar, digər fənlər üzrə isə 18 yanvar tarixlərində keçirilməsi nəzərdə tutulur. İnformatika fənni üzrə imtahanın dəqiq tarixi və saatı barədə məlumat yaxın günlərdə www.algo.az platformasında şəxsi kabinetlərdə yerləşdiriləcək.

Qeyd edək ki, olimpiadaların təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərdə fənlərə marağın artırılması, həmçinin onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasıdır.