Biologiya fənni üzrə yuxarı və aşağı yaş qrupları üçün beynəlxalq olimpiadalara hazırlıq dərsləri çərçivəsində sınaq imtahanı təşkil olunub

Tarix: 30.12.2025
Paylaş:

28 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üzrə yuxarı və aşağı yaş qrupları üçün beynəlxalq olimpiadalara hazırlıq dərsləri çərçivəsində sınaq imtahanı təşkil olunub.

Sınaq imtahanının məqsədi beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak edən şagirdlərin bilik və bacarıqlarının cari səviyyəsinin müəyyən edilməsidir.