ARTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi “Qrafik dizayner” üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir!
Təhsil İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi “Qrafik dizayner” üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Tələblər:
- Müvafiq sahədə iş təcrübəsi;
- Ali təhsil;
- Kompüter proqramları üzrə biliklər;
- Qrafik dizayn üzrə fundamental bacarıqlar;
- “Photoshop”, “Adobe Indesign”,“Adobe İllustrator” və “Microsoft Office” proqramlarında işləmək bacarığı; (Adobe Premiere Pro proqramını bilmək arzuolunandır)
- Kreativlik (yaradıcı potensial);
- Yeniliyə və peşəkar inkişafa açıqlıq;
- Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
- Stressə qarşı davamlılıq;
- Əməkdaşlıq və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
- Gündəlik dizayn işləri ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi;
- Sosial media postlarının hazırlanması;
- Promo məhsulların dizaynı;
- Çapa gedən məhsulların hazırlanması;
- Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatların təqdim edilməsi;
- Rəhbərliyin verdiyi tapşırıqların yüksək dəqiqlik və vaxtında təhvil verilməsi.
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən “Qrafik dizayner” başlığı altında pr@arti.edu.az e-mail ünvanına CV və Portfolionu göndərmələri xahiş olunur.
Yuxarıda sadalanan tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: Portfoliosuz CV-lərə baxılmayacaq.
Son müraciət tarixi: 13 yanvar 2026-cı il