Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə 31 may 2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.
S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyada baş tutan final turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə 73, tarix fənni üzrə 72, coğrafiya fənni üzrə isə 75 şagird iştirak edib.
Nəticələr yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesindən sonra elan olunacaq.
Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.