Ali təhsil müəssisələrinin nəşrlərə sərbəst giriş ilə bağlı imkanları araşdırılıb

Tarix: 31.05.2021
Paylaş:

Ali təhsil müəssisələrinin nəşrlərə sərbəst giriş (Open access) ilə bağlı imkanlarını araşdırmaq məqsədilə sorğu keçirilib. Bu sorğuda nəşrlərə sərbəst giriş ilə bağlı ali təhsil müəssisələrinin siyasəti, fəaliyyəti və maliyyə məsələləri əhatə olunub. Sözügedən sorğu vasitəsilə ali təhsil müəssisələrinin öz qurumlarındakı tədqiqat fəaliyyətlərini nə dərəcədə dəstəklədikləri müəyyən edilib.

Sorğunun nəticələrinə əsasən Azərbaycanda aparılan tədqiqatları sərbəst giriş imkanı olan nəşrlərə çevirmək yerli tədqiqatçıların dünyadakı həmkarları ilə əlaqələndirilməsini təmin edən, tədqiqat və inkişafın milli iqtisadiyyata müsbət təsirini artıran müasir tədqiqat, ixtira və innovasiyalar (Tİİ) sisteminin yaradılmasında çox mühüm amildir.

Nəzərinizə çatdıraq ki, sorğu Azərbaycan Respublikası Təhsil İnstitutunun icra etdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihə çərçivəsində keçirilib. Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə 2019-cu ildə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə tabe, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib.

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsi olub. 

Sorğunun nəticələri ilə infoqrafikalarda tanış ola bilərsiniz.