Fənn müsabiqələrində qalib olan şagirdlər üçün riyaziyyat fənni üzrə dərslər davam edir

Tarix: 27.01.2026
Paylaş:

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində fənn müsabiqələrində qalib olan şagirdlər üçün riyaziyyat fənni üzrə dərslər davam edir.

Dərslər təcrübəli müəllim Şəmsi Səfərov tərəfindən beynəlxalq olimpiadaların tələblərinə uyğun hazırlanmış proqram əsasında təşkil olunur. Dərslər zamanı şagirdlərə dərinləşdirilmiş mövzu izahları və praktik tapşırıqlar təqdim olunur.

İntensiv hazırlıq proqramı şagirdlərin analitik düşünmə və problem həlletmə bacarıqlarının inkişafına xidmət edir, onların beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə etməsinə şərait yaradır.