Yanvarın 27-də Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin təşkili şöbəsinin mütəxəssisi Rəfiqə Quliyevanın 65 illik, Təhsil işçilərinin qiymətləndirilməsi şöbəsinin aparıcı mütəxəssisi Nərgiz Bəxtiyarovanın 50 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor müavini Kənan Kərimli çıxış zamanı hər iki yubilyarın ARTİ-dəki əmək fəaliyyətindən danışıb, onlara rəhbərlik adından səmimi təbriklərini çatdırıb.
Daha sonra çıxış edən Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva yubilyarları əlamətdar gün münasibətilə təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.
İnstitutun digər əməkdaşları tərəfindən yubilyarların ünvanına xoş sözlər və təbriklər səsləndirilib.
Sonda çıxış edən Rəfiqə Quliyeva və Nərgiz Bəxtiyarova tədbirin təşkilinə görə Təhsil İnstitutunun rəhbərliyinə və həmkarlarına təşəkkürlərini ifadə ediblər.