Musiqi fənni üzrə sertifikasiyaya hazırlıq: tövsiyələr və test nümunələrinin izahı

Tarix: 26.02.2026
Paylaş:



Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə fevralın 27-də saat 15:00-da “Musiqi fənni üzrə sertifikasiyaya hazırlıq: tövsiyələr və test nümunələrinin izahı” mövzusunda vebinar keçirəcək.

Vebinarın spikeri Bakı şəhəri, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin musiqi müəllimi Reyhan Yaqubovadır. 

Vebinar ARTİ-nin rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq.